Potensys Şirkəti Haqqında

Qısa tarixçəmiz (İlk addım)

Hər şey, bir gün "Mən facebook yaradacam" deməklə başladı. Təbii ki bu, o zaman üçün həm həyəcan verici, həm də ütopik idi. Amma, qəti qərarlılıq və əzmkarlıq ilə "başlamaq üçün doğru gün bu gündür" deyərək "İnsanlıq üçün kiçik, bizim üçün böyük" olan ilk addımı atdıq.

İnamla və əzmlə öz üzərimizdə çalışdıq

Ölkəmizdə 2012-ci ildə veb sektoru hələ "cavan" idi. Yeni-yeni veb texnologiyaları üzə çıxırdı və günümüzdəki təkmil versiyalarından çox-çox geridə idilər. Bütün bunlara baxmayaraq, mövcud imkanlardan maksimum istifadə etməyə çalışdıq. Yeniliklərin gəlməsini gözləmədən, işimizin daha asan və optimal olması üçün özümüz yeniliklər etməyə çalışdıq.

Beləliklə, işimizdə heç bir zaman nədənsə asılı olmadıq. Hər zaman limitləri aşaraq yeni və müxtəlif həllər ortaya qoya bildik.

Hər zaman yenilikləri izləyirik

Zaman irəlilədikcə gördük ki, artıq veb dünyası həndəsi silsilə ilə inkişaf edir. Heç bir bəhanə olmadan daim özümüzü təkmilləşdirməli, yeniliklərə ayaq uydurmalıyıq. Elə də etdik. Bir zaman sonra artıq bu alışqanlıq halını aldı və yeni bilgilərə aclıq hissi yarandı. Nəisə ki, biz öyrəndikcə, daha çox yeni şeylər çıxırdı.

Təbii ki, bütün bu yenilikləri mövcud və yeni başladığımız layihələrə tətbiq edərək hər zaman işlərimizin son texnologiyalara uyğun olmasını təmin edirdik. Buna görə də, müştərilərimiz daim bizdən razı qalır, işimizə necə dəyər verdiyimizi görürdülər. Müştərilərimizin illərdir ki, bu yolda bizimlə birgə irəliləmələrinin səbəbi də elə budur.

photo-1438761681033-6461ffad8d80

İstifadə etdiyimiz texnologiyalar

İstər Veb Saytların Hazırlanması, istər Mobil Tətbiqlərin Yaradılması, istərsə də, SEO/SMM ilə Rəqəmsal Marketinq Xidmətləri zamanı istifadə etdiyimiz texnologiyalar və köməkçi proqramlar çox önəmlidir. Bugünün və sabahın tələblərinə cavab verə bilən, yenilənən və təkmilləşdirilə bilən texnologiyaların seçimi layihələrinizin demək olar ki, "taleyinə" birbaşa təsir edir. Ona görə də, biz hər zaman layihənin uzunmüddətli və rahat təkmilləşdirilə bilən olması üçün ilk öncə tələblərə uyğun ən doğru texnologiyalardan istifadə edirik.

Bugünümüz və gələcək üçün planlarımız

Bu müddət ərzində yerli və xarici şirkətlərlə fərqli adlar altında əməkdaşlıq etdik. Hər biri, bir başqa təcrübə qazandırdı bizə. Müsbət tərəflərini görüb götürdük, mənfi tərəflərini görüb dərs çıxardıq. Artıq dünya təcrübəsindən heç geri qalmadığımıza (hətta bəzi anlarda daha yaxşısını etməyə qadir olduğumuza) tam əmin olduqdan sonra "Potensys MMC" şirkətini təsis etdik.

İnanırıq ki, bu ad altında da çox böyük və yenilikçi layihələr hazırlayacağıq. Biz işimizi sevərək və inanaraq bugünümüzü inşa etmişik. Bu gün də, gələcəyimizi inşa edirik. Bunun üçün daha çox təkmilləşib daha keyfiyyətli işlər görür, bizə güvənib bir yolda irəliləyən müştərilərimizə daha çox fayda verməyə çalışırıq. Biz hər zaman inanmışıq ki, hər bir işimiz bir sonrakı işimiz üçün reklamdır. Ona görə hər zaman ən üst səviyyədə layihələrimizi tamamlamağa çalışırıq.

Bizim əlimizdən çıxan hər bir işə özümüzünkü qədər önəm veririr, müştərilərimizə isə iş ortağımız kimi yanaşırıq. Bu bizim iş prinsipimiz və tərzimizdir.

© Potensys.az | 2022 | Bütün hüquqlar qorunur